SON XƏBƏRLƏR

İran KİV: Əlaqə kəsilməzdən əvvəl PUA bütün məlumatları ötürüb

2026.02.04, 11:07
İran KİV: Əlaqə kəsilməzdən əvvəl PUA bütün məlumatları ötürüb

İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus pilotsuz uçuş aparatının bütün tapşırıqları uğurla yerinə yetirdiyi və əlaqə kəsilməzdən əvvəl zəruri məlumatları ötürdüyü iddia edilir.

Gunaz.tv

Bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən iddia irəli sürüb.

Xatırladaq ki, daha əvvəl Amerika Mərkəzi Komandanlığının sözçüsü kapitan Tim Hokins Amerikanın “F-35C” qırıcı təyyarəsinin Ərəbistan dənizində “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran pilotsuz uçuş aparatını vurduğunu açıqlamışdı.

“Tasnim”in məlumatına görə, İran tərəfi hazırda PUA ilə əlaqənin kəsilmə səbəblərini araşdırır. Bildirilib ki, “Şahed-129” dronu açıq sularda kəşfiyyat və fotoqrafiya aparmaq məqsədi daşıyan normal və qanuni missiya yerinə yetirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar