SON XƏBƏRLƏR

SEPAH: İranın hərbi gücü müzakirə mövzusu olmayacaq

2026.02.06, 14:05
SEPAH: İranın hərbi gücü müzakirə mövzusu olmayacaq

SEPAH Xorrəmşəhr-4 ballistik raketini yeraltı raket obyektlərində yerləşdirib. SEPAH-ın yüksək rütbəli komandiri bildirib ki, bu addım Tehranın Amerika ilə danışıqları ərəfəsində açıq bir mesaj daşıyır.

Gunaz.tv

İran mediasının məlumatına görə, SEPAH-ın aerokosmik qüvvələrinin komandiri Məcid Musəvi Xorrəmşəhr-4-ün nümayiş etdirildiyi yeni yeraltı "raket şəhəri"nin açılış tədbirində iştirak edib.

Nümayiş Məskatda dolayı İran-Amerika danışıqlarının başlamasından bir neçə saat əvvəl baş tutub.

Dövlətə bağlı "Press TV" bildirib ki, İranın ən qabaqcıl uzun mənzilli ballistik raketlərindən biri kimi təsvir edilən Xorrəmşəhr-4 təxminən 2000 km mənzilə malikdir və 1500 kq döyüş başlığı daşıya bilir. Bildirilib ki, raket aerokosmik qüvvələrin yeraltı obyektlərindən birində yerləşdirilib.

İran dövlət mediası bildirib ki, bu yerləşdirmə regional və regiondan kənar düşmənlərə mesaj göndərmək məqsədi daşıyır.

Dövlətlə əlaqəli medianın yayımladığı ayrı bir müsahibədəSEPAH-ın siyasi məsələlər müavini Yadullah Cavani raket nümayişinin İranın diplomatiya apararkən hərbi gücündən imtina etməyəcəyini göstərdiyini söyləyib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar