SON XƏBƏRLƏR

Ərdəbildə saxlanılan Milad Səbri haqqında 28 gündür xəbər yoxdur

2026.02.07, 11:31
Ərdəbildə saxlanılan Milad Səbri haqqında 28 gündür xəbər yoxdur

Ərdəbildə yaşayan 25 yaşlı Azərbaycan türkü Milad Səbri təxminən 28 gün əvvəl təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və o vaxtdan bəri onun harada olduğu, fiziki vəziyyəti və hüquqi statusu barədə heç bir dəqiq məlumat yayılmayıb.

Gunaz.tv

Ailəsi ilə yalnız qısa bir əlaqə qurulduğu, bundan sonra əlaqəsinin tamamilə kəsildiyi deyilir.

Onun taleyi ilə bağlı məlumatın olmaması onun fundamental hüquqlarının pozulması ehtimalı ilə bağlı ciddi narahatlıqlar yaradıb. İnsan hüquqları standartlarına görə, saxlanılan hər bir şəxsin hüquqi statusundan xəbərdar olmaq, vəkillə əlaqə saxlamaq və ailəsi ilə ünsiyyət qurmaq imkanı əldə etmək hüququ var.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar