SON XƏBƏRLƏR

İranda repressiyalar - Daha 174 nəfər həbs edildi

2026.02.10, 11:13
İranda repressiyalar - Daha 174 nəfər həbs edildi

İranda etiraz aksiyalarının yatırılmasından sonra repressiyalar davam edir, Saman, Bəndər Gəz şəhərləri və Kohgiluyə və Boyer-Əhməd əyalətində  daha 174 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılanların "yalan məlumat yaymaq və ictimai rəyi çaşdırmaq", həmçinin "etiraz aksiyalarına çağırış etmək və etirazları dəstəkləməklə ictimai asayişi pozmaq"da günahlandırıldıqları bildirilib.

Qeyd edək ki, insan haqları təşkilatlarının bildirdyinə görə, etiraz aksiyaları zamanı və ondan sonrakı dövrdə 50 mindən çox insan həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar