SON XƏBƏRLƏR

Netanyahu Amerikaya gedir, Trampla İranı müzakirə edəcək

2026.02.10, 14:53
Netanyahu Amerikaya gedir, Trampla İranı müzakirə edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu Amerikaya səfərə yola düşür.

Gunaz.tv

 Netanyahu Amerika Prezidenti Donald Trampa İranla nüvə danışıqları barədə İsrailin prinsiplərini çatdıracağını deyib.

O səfərdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, bu prinsiplər sadəcə İsrail üçün yox, dünyadakı hər bir ölkə üçün vacibdir.

“Biz bir sıra məsələləri müzakirə edəcəyik. O cümlədən, Qəzza məsələsini”,- İsrailin Baş naziri bildirib.

Netanyahu əlavə edib ki, onun Trampla dəfələrlə baş tutan görüşləri İsrail-Amerika arasında və onunla Tramp arasında şəxsi baxımdan unikal yaxınlığın göstəricisidir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar