SON XƏBƏRLƏR

Çin və Rusiya bizə görə müharibə etməyəcək - Firuzabadi

2026.02.13, 09:53
Çin və Rusiya bizə görə müharibə etməyəcək - Firuzabadi

Çin və Rusiyanın İran uğrunda ABŞ-a qarşı döyüşməsini gözləmək reallıqdan uzaqdır, çünki İslam Respublikası ilə iki ölkə arasında qarşılıqlı müdafiə müqaviləsi yoxdur.

Gunaz.tv

Bunu İran hökumətinin Xarici Əlaqələr üzrə Strateji Şuranın katibi Cəlal Dehqani Firuzabadi deyib.

O, regionda müharibə başlasa, enerji təhlükəsizliyinin təhlükəyə düşəcəyi və Hörmüz boğazının bağlanacağını barədə xəbərdar edib.

Dehqani bildirib ki, Hörmüz boğazı bağlanarsa, ilk zərər çəkən ölkə Çin olacaq və buna görə də danışıqlar Pekin üçün vacibdir: 

“İlk zərər çəkən ölkə Çindir və buna görə də danışıqlar çinlilər üçün də vacibdir, düşünürəm ki, Rusiya da müharibəyə qarşıdır və müharibənin qarşısını almağa çalışır”.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar