SON XƏBƏRLƏR

Rubio: Tramp Xamenei ilə görüşə hazırdır

2026.02.14, 19:19
Rubio: Tramp Xamenei ilə görüşə hazırdır

Gunaz.tv

Bu gün yayılan məlumata əsasən, ABŞ dövlət katibi Marko Rubio Bloomberg-ə müsahibəsində bildirib ki, ABŞ prezidenti lider tərəfindən istək bildirildiyi təqdirdə, hətta İranın rəhbəri Əli Xamenei ilə görüşməyə hazırdır.

Rubio müsahibədə vurğulayıb: “Əgər sabah Ayətullah [Xamenei] desə ki, Trampla görüşmək istəyir, Tramp onunla görüşəcək.”

O əlavə edib: “Bu, Trampın Xamenei ilə razılaşdığı üçün deyil, əksinə o hesab edir ki, problemləri həll etməyin yolu budur. Tramp bu cür görüşü güzəşt hesab etmir.”

Bu açıqlamalar Vaşinqton ilə Tehran arasında diplomatik proseslərin davam etdiyi bir vaxtda səsləndirilib. 

Rubionun bəyanatı göstərir ki, Tramp administrasiyası İrana münasibətdə açıq diplomatik yanaşma nümayiş etdirir və bu yanaşma hətta ABŞ prezidentinin Əli Xamenei ilə birbaşa görüş ehtimalını da əhatə edə bilər.

 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar