SON XƏBƏRLƏR

Netanyahu İranın uran zənginləşdirmə imkanlarından məhrum edilməsini tələb edir

2026.02.16, 11:14
Netanyahu İranın uran zənginləşdirmə imkanlarından məhrum edilməsini tələb edir

İsrail təkcə İranın uran zənginləşdirmə prosesinin dayandırılmasını deyil, həm də Tehranın bütün bu kimi imkanlardan məhrum edilməsini tələb edir.

Gunaz.tv

Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahu Amerika və İran arasında razılaşma perspektivlərinə yenidən şübhə ilə yanaşdığını bildirib.

"İranla hər hansı bir razılaşmaya şübhə ilə yanaşdığımı sizdən gizlətməyəcəyəm. Amma mən dedim ki, razılaşma əldə olunarsa, təkcə İsrailin təhlükəsizliyi üçün deyil, həm də ABŞ-ın, regionun və dünyanın təhlükəsizliyi üçün orada vacib hesab etdiyimiz bir neçə məqam olmalıdır. Birincisi, bütün zənginləşdirilmiş materiallar İrandan çıxarılmalıdır. İkincisi, heç bir zənginləşdirmə fəaliyyəti olmamalıdır: zənginləşdirmə prosesinin dayandırılması deyil, zənginləşdirməyə imkan verən avadanlıq və infrastrukturun sökülməsi. Üçüncüsü, biz ballistik raket məsələsini də həll etməliyik", - Netanyahu deyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar