SON XƏBƏRLƏR

İran XİN başçısı Cenevrədə Qrossi ilə görüşəcək

2026.02.16, 11:18
İran XİN başçısı Cenevrədə Qrossi ilə görüşəcək

İranın xarici işlər naziri Abbas Əraqçi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə görüşəcək.

Gunaz.tv

Bu barədə nazir “X” hesabında paylaşım edib.

İran XİN başçısı Amerika ilə danışıqları davam etdirmək üçün Cenevrəyə səfər etdiyini qeyd edib.

“Ədalətli və balanslı bir razılaşmaya nail olmaq üçün real təşəbbüslərlə Cenevrədəyəm. Nüvə mütəxəssisləri ilə birlikdə dərin texniki müzakirə üçün BAEA rəhbəri Qrossi ilə görüşəcəyəm”, – o bildirib.

Nazir, eyni zamanda, sabah keçiriləcək Amerika-İran danışıqlarına başlamazdan əvvəl Omanın xarici işlər naziri ilə də görüşəcəyini əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Omanda İran-Amerika danışıqlarının ilk raundu keçirlib.

 

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar