SON XƏBƏRLƏR

İranda məhbuslar aclıq aksiyasına başlayıb

2026.02.17, 10:26
İranda məhbuslar aclıq aksiyasına başlayıb

Bu gün səhər saatlarından başlayaraq İranın 56 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq aksiyası 108-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, cari ilin başlamasından bu günə kimi İranda edam edilənlərin sayı yüzləri ötüb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə yarım, iki il əvvəlin eyni dövrü ilə müqayisədə isə 6 dəfə yarım çoxdur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar