SON XƏBƏRLƏR

Vens İranla müzakirələrdə ABŞ-nin "qırmızı xətt"ləri barədə danışıb

2026.02.18, 12:07
Vens İranla müzakirələrdə ABŞ-nin "qırmızı xətt"ləri barədə danışıb

ABŞ İranla danışıqlarda bir sıra "qırmızı xətt"lər müəyyən edib.

Gunaz.tv

Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalında çıxışı zamanı bildirib.

"ABŞ-nin müəyyən "qırmızı xətt"ləri var. Buradakı əsas marağımız İranın nüvə silahı əldə etməsinə imkan verməməkdir", – o qeyd edib.

Vitse-prezidentin sözlərinə görə, ABŞ Cenevrə danışıqlarından sonra da İranla bağlı istənilən addımı atmaq imkanını saxlayır.

Bundan əvvəl "Axios" portalı Pentaqonun son 24 saat ərzində Yaxın Şərqə 50-dən çox "F-35", "F-22" və "F-16" qırıcıları göndərməsi barədə məlumat yaymışdı.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar