SON XƏBƏRLƏR

ABŞ-İran danışıqları uğursuzluqla nəticələnə bilər

2026.02.18, 12:53
ABŞ-İran danışıqları uğursuzluqla nəticələnə bilər

İranla ABŞ arasında danışıqlar kritik bir nöqtəyə çatıb və Təl-Əvivin danışıqların iflasa uğraması ehtimalını ciddiyə alır.

Gunaz.tv

Bunu İsrailin "Kanal 12" televizyası bildirib. 

İsrail media orqanı Təl-Əvivin təhlükəsizlik dairələrinin qiymətləndirməsinə əsasən iddia edib ki, danışıqların irəliləyişi çətinləşib və dalana dirənmə ehtimalı yüksəkdir.

"Donald Tramp beynəlxalq legitimliyi qorumaq üçün diplomatik prosesi davam etdirir, ancaq danışıqların uğursuzluğa düçar olacağı təqdirdə hərbi əməliyyat variantını istisna etmir",- məlumatda qeyd olunub.

Həmçinin ABŞ-ın bölgədəki hərbi mövcudluğunun davamlı olaraq güclənməsi və İsrailin mümkün ssenarilərə hazırlaşmasına da diqqət çəkilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar