SON XƏBƏRLƏR

Netanyahu: İran hücum etsə, təsəvvür edə bilməyəcəyi cavabla üzləşəcək

2026.02.20, 11:15
Netanyahu: İran hücum etsə, təsəvvür edə bilməyəcəyi cavabla üzləşəcək

Əgər İran səhv edib İsrailə hücum etsə, təsəvvür belə edə bilməyəcəyi cavabla üzləşəcək.

Gunaz.tv

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Müdafiə Ordusunun kursantlarının buraxılış mərasimində deyib.

Netanyahu vurğulayıb ki, İsrail İran təhlükəsinə qarşı əsas müttəfiqi olan Amerika ilə çiyin-çiyinə fəaliyyət göstərir.

Onun sözlərinə görə, keçən həftə Vaşinqtonda Amerika Prezidenti Donald Trampla görüşü zamanı o, İranla aparılacaq danışıqların əsas prinsipləri ilə bağlı İsrailin mövqeyini izah edib.

Qeyd edək ki, regionda gərginlik son günlərdə nəzərəçarpacaq dərəcədə artıb. Amerika regiona əhəmiyyətli hərbi-dəniz və aviasiya qüvvələri yerləşdirib. Məlumata görə, bu, 2003-cü ildən bəri Amerika qüvvələrinin regionda ən böyük yerləşdirilməsidir.

Amerika və İran nüvə proqramı üzrə iki raund danışıqlar keçirsə də, Ağ Ev tərəflərin mövqelərinin hələ də bir-birindən uzaq olduğunu açıqlayıb. Tramp yaxın on gün ərzində İranla bağlı qərar qəbul ediləcəyini bəyan edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar