SON XƏBƏRLƏR

Üç iranlı "Google" məlumatlarını İrana ötürmək ittihamı ilə həbs edildi

2026.02.20, 14:14
Üç iranlı "Google" məlumatlarını İrana ötürmək ittihamı ilə həbs edildi

Əvvəllər "Google" şirkətində çalışmış iki iranlı bacı və onlardan birinin həyat yoldaşı axtarış sistemi və digər texnologiyalarla bağlı texniki məlumatları oğurlayıb İrana ötürmək ittihamı ilə cümə axşamı ABŞda saxlanılıb.

Gunaz.tv

41 yaşlı Səmane Qəndali, onun 40 yaşlı həyat yoldaşı Məhəmmədcavad Xosrəvi və 32 yaşlı bacısı Sərvər Qəndali (San Xose sakini) həmin gün həbs olunublar.

Bildirilir ki, onların hər üçü əvvəllər "Google"da işləyib və mobil kompüter prosessorları sahəsində fəaliyyət göstəriblər.

İttihama əsasən, onlar prosessor təhlükəsizliyi, şifrələmə və digər texnologiyalarla bağlı ticarət sirlərini "Google" və başqa texnologiya şirkətlərindən icazəsiz şəkildə üçüncü tərəfə — o cümlədən İrana ötürüblər.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar