SON XƏBƏRLƏR

Tramp: İranda 32.000 insan öldürülüb - VİDEO

2026.02.21, 10:34
Tramp: İranda 32.000 insan öldürülüb - VİDEO

Prezident Tramp cümə günü keçirdiyi mətbuat brifinqində bildirib ki, İranda son etirazlar zamanı 32.000 nəfər həlak olub ki, bu da əvvəllər bildiriləndən daha çoxdur.

Gunaz.tv

O, bu sözləri Ali Məhkəmənin genişmiqyaslı tariflərin ləğvi ilə bağlı qərarına münasibət bildirərkən söyləyib. İran xalqına bir mesajı olub-olmadığı soruşulduqda, Donald Tramp "İran xalqı İran liderlərindən çox fərqlidir" deyib və indiki durumu "çox, çox, çox kədərli bir vəziyyət" adlandırıb.

CBS xəbər agentliyi İran daxilində olduğunu bildirdiyi iki mənbəyə istinad edərək etirazlar zamanı ölənlərin sayının 20 minə çatdığını qeyd edib.

"The Guardian" qəzetinin məlumatına görə isə, İran xaricində yerləşən həkimlərin hesablamalarına görə, ölənlərin sayı 33 min və ya daha çoxdur.

Bundan başqa Amerikada yerləşən İnsan Haqları Təşkilatının verdiyi məlumata görə etirazlardan sonra İranda həbs edilənlərin sayı 50 mini aşıb.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar