SON XƏBƏRLƏR

ABŞ rəsmisi: Vaşinqton İranın “simvolik zənginləşdirmə” təklifini nəzərdən keçirə bilər

2026.02.21, 23:08
ABŞ rəsmisi: Vaşinqton İranın “simvolik zənginləşdirmə” təklifini nəzərdən keçirə bilər

Gunaz.tv

ABŞ-dən yüksək vəzifəli bir rəsmi bildirib ki, Donald Tramp administrasiyası Tehranın mümkün “simvolik uran zənginləşdirmə” təklifini nəzərdən keçirməyə hazırdır. Şərt odur ki, bu model İran üçün nüvə silahına aparan heç bir real yol saxlamasın.

Rəsminin sözlərinə görə, mümkün razılaşma ciddi texniki məhdudiyyətləri və Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin tam şəkildə geri qayıtmasını əhatə etməlidir. O vurğulayıb ki, İran hərbi zərbənin qarşısını almaq istəyirsə, “rədd edilməsi mümkün olmayan təklif” təqdim etməlidir.

Bu açıqlama Pentaqonun Ağ Evə müxtəlif hərbi ssenarilər təqdim etdiyi və Tehranın yaxın günlərdə öz planını yekunlaşdıracağını bildirdiyi bir vaxtda səsləndirilib.

 

 

GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar