SON XƏBƏRLƏR

İraqlı siyasətçilər İrandan uzaqlaşır

2026.02.23, 10:00
İraqlı siyasətçilər İrandan uzaqlaşır

ABŞ-ın İrana hücum ehtimalının artması ilə eyni vaxtda Tehrana yaxın bəzi İraq fiqurları İslam Respublikasından uzaqlaşırlar. 

Gunaz.tv

Məlumatlara görə, regiondakı bir çox ölkə Donald Trampın hərbi əməliyyat təhdidlərini həyata keçirib-keçirməyəcəyini səbirsizliklə gözləyir.

Məlumdur ki, 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra İran İraq siyasətində dərin təsir qazanıb, partiyaları və proksi qrupları dəstəkləib. Ancaq bəzi İraq siyasətçiləri indi İranı "batan gəmi" kimi görür və ona yaxınlığın onların maraqlarına və daxili sabitliyə zərər verəcəyindən qorxurlar.

ABŞ-ın hücumu halında İranın və onunla əlaqəli qrupların, o cümlədən Livanın Hizbullah və Yəmənin Husilərinin regional təsiri azala bilər. 

Ancaq bu qrupların bölgədəki ABŞ bazalarına qarşı qisas alma ehtimalı da var. İran hökuməti isə bundan gərginliyi dahada genişləndirərək qlobal enerji bazarına təsir göstərməyə çalışa bilər.

Buna görə də, İrana hücum olacağı təqdirdə, həmin qüvvələrin də hədəf alınacağı ehtimal olunur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar