SON XƏBƏRLƏR

Vens: İran nüvə proqramını bərpa etməyə çalışır

2026.02.26, 11:16
Vens: İran nüvə proqramını bərpa etməyə çalışır

İran ABŞ-ın iyunda nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra proqramını bərpa etməyə çalışır.

Gunaz.tv

Bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun mövqeyi dəyişməzdir, İranın nüvə silahı olmamalıdır.

Vens deyib ki, əgər Tehran nüvə silahını bərpa etməyə cəhd etsə, bu, ABŞ üçün problem yaradacaq.

O əlavə edib ki, Prezident Donald Trampın nümayəndələri fevralın 26-da Cenevrədə İran tərəfi ilə danışıqlar aparacaq.

"Tramp məsələnin diplomatik yolla həllini istəyir, lakin digər variantların da mövcud olduğunu bildirib", - vitse-prezidenti əlavə edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar