SON XƏBƏRLƏR

Bu həftə İranda 36 məhbus edam edilib

2026.02.26, 16:00
Bu həftə İranda 36 məhbus edam edilib

Bu həftə İranın bir neçə şəhəinin həbsxanalarında daha 36 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onların narkotik maddələrin alveri və qətldə günahlandırıldığı bildirilsə də, insan haqları təşkilatları onların arasında etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs edilənlərin də olması ehtimalı olduğunu bildirirlər.

Bununlada cari ilin başlamasından bu günə kimi İranda edam edilənlərin 400-ü ötüb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə yarım, iki il əvvəlin eyni dövrü ilə müqayisədə isə 6 dəfə yarım çoxdur.

Qeyd edək ki, ötən il İran həbsxanalarıda 2063 nəfər edam edilib və bu son 30 ilin ən çox edamı sayılır.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar