SON XƏBƏRLƏR

Qəzvinli millət vəkilinə sui-qəsd edildi

2026.02.27, 13:46
Qəzvinli millət vəkilinə sui-qəsd edildi

İran parlamentinin Qəzvin əyalətinin Takistan rayonundan olan üzvü Abbas Beygdelinin avtomobilinə  atəş açılıb.

Gunaz.tv

Bu abrədə yerli mənbələr məlumat yayıb.

Bildirilib ki, ov tüfəngindən açılan atəş uğursuz olub və millət vəkili hadisədən sağ çıxıb.

Qeyri-rəsmi məlumatlarda atəş açanların hadisə yerindən qaçdıqları bildirilsə də, Qəzvin Prokurorluğu hadisənin terror mahiyyəti daşımadığını və iki sui-qəsdçinin həbs edildiyini bildirib.

Qeyd edək ki, Beygdeli, Əli Xaməneinin başçılıq etdiyi sərt xətt cərəyanına mənsubdur və Qərblə danışıqlara qarşı olan siyasətçi kimi tanınır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar