SON XƏBƏRLƏR

Benyamin Netanyahu: İsrail və ABŞ İranın terror rejimi tərəfindən yaradılan varlıq təhdidini aradan qaldırmaq üçün əməliyyata başlayıb

2026.02.28, 12:23
Benyamin Netanyahu: İsrail və ABŞ İranın terror rejimi tərəfindən yaradılan varlıq təhdidini aradan qaldırmaq üçün əməliyyata başlayıb

İsrail və ABŞ İranın terror rejimi tərəfindən yaradılan varlıq təhdidini aradan qaldırmaq üçün əməliyyata başlayıb.

Gunaz.tv

Bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"47 il ərzində Ayətullah rejimi “İsrailə ölüm”, “Amerikaya ölüm” şüarları səsləndirib. O, qanımızı töküb, bir çox amerikalını qətlə yetirib və öz xalqını kütləvi şəkildə qırıb." - deyə Netanyahu bildirib.

Netanyahu əlavə edib, "Bu qaniçən terror rejiminin nüvə silahı əldə etməsinə və bütün bəşəriyyəti təhdid edə biləcək silaha sahib olmasına imkan verilməməlidir. İranın bütün xalqları — farslar, kürdlər, azərbaycanlılar, baluçlar və Əhvazi — üçün zülm boyunduruğunu atmaq və azad, sülhpərvər İran yaratmaq zamanı gəlib çatıb."

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar