SON XƏBƏRLƏR

Pezeşkian sağdır- Oğlu açıqlama verdi

2026.02.28, 16:23
Pezeşkian sağdır- Oğlu açıqlama verdi

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ABŞ-İsrail hücumları zamanı atasının hədəfə alındığını, amma sui-qəsd cəhdindən xəsarətsiz xilas olduğunu açıqlayıb.

Gunaz.tv

O, atasının vəziyyətinin yaxşı olduğunu bildirib.

“Sui-qəsd cəhdləri uğursuz oldu, digər rəsmilər də salamatdır. Yəqin daha uzun sürəcək münaqişə yaşayacağıq və bu, tükəndirmə müharibəsi olacaq. Ona görə də bu günləri aşmaq üçün qətiyyət və səbir vacibdir”, - Yusif Pezeşkian vurğulayıb.

Qeyd edək ki bu gün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri Teranda Əli Xaməneinin ofisi və Məsud Pezeşkianın iqamətgahını bombalayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar