SON XƏBƏRLƏR

İrana hücumlar 5 gün davam edə bilər - Media

2026.03.01, 09:33
İrana hücumlar 5 gün davam edə bilər - Media

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı beş gün üçün planlaşdırılıb, lakin müddət dəyişə bilər.

Gunaz.tv

Bu barədə "Axios" portalı ABŞ Prezidenti Donald Tramp və Vaşinqton administrasiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ və İsrailin planları ən azı beş gün ərzində zərbələrin endirilməsini nəzərdə tutan genişmiqyaslı kampaniyanı əhatə edir.

Portal Trampın sözlərindən sitat gətirərək qeyd edib ki, planlaşdırılan müddət İranın ali rəhbəri Əli Xameneinin taleyindən asılı olaraq dəyişə bilər.

Qeyd edək ki, İran mediası Əli Xaməneinin ölümünü təsdiqləyib. Eyni zamanda İranda 40 günlük matəm elan olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar