SON XƏBƏRLƏR

ABŞ müdafiə naziri İranla münaqişənin "uzunmüddətli müharibə olmadığını" söyləyib

2026.03.02, 17:41
ABŞ müdafiə naziri İranla münaqişənin "uzunmüddətli müharibə olmadığını" söyləyib

ABŞ müdafiə naziri Pit Heqset İranla münaqişənin "İraq kimi" olmadığını və sonsuz müharibəyə çevrilməyəcəyini bildirib.

Gunaz.tv

O, mövcud əməliyyatların məhdud və konkret hərbi təhdidlərin aradan qaldırılmasına yönəlmiş olduğunu bildirib.

"Bu, sonsuz savaş deyil", Heqset mətbuat konfransında bildirib və əlavə edib ki, missiya "aydın, dağıdıcı və qətiyyətli" olub və İranın hücum raket imkanlarını, raket istehsalını və dəniz güclərini məhv etməyi hədəfləyir ki, bu ölkə "heç vaxt nüvə silahına sahib olmasın".

O, Vaşinqtonun məqsədlərinin "real" olduğunu və ABŞ qüvvələrini, müttəfiqlərini və gəmi yollarını müdafiə etməyə yönəldiyini, rejim dəyişikliyinə hesablanmadığını bildirib.

"Bu, sözdə rejim dəyişikliyi müharibəsi deyil", o deyib. "Biz qalib gəlmək üçün mübarizə aparırıq."

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar