SON XƏBƏRLƏR

Qətər: İranın hücumları cavabsız qalmayacaq

2026.03.03, 15:27
Qətər: İranın hücumları cavabsız qalmayacaq

Qətər rəsmisi bildirib ki, Yaxın Şərqdə İranla müharibə genişləndiyi bir vaxtda ölkəyə edilən hücumlar “cavabsız qalmayacaq”.

Gunaz.tv

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid Əl-Ənsari açıqlamasında deyib ki, İranın hücumları yalnız hərbi obyektləri deyil, Qətərin bütün ərazisini hədəf alıb.

“Bu cür hücumlar cavabsız qalmayacaq,” – deyə o, brifinq zamanı bildirib.

Əl-Ənsari əlavə edib ki, Həməd Beynəlxalq Hava Limanına qarşı da hücum cəhdləri olub. O qeyd edib ki, ölkənin hava məkanı bağlı qaldığı üçün 8 mindən çox insan ölkədə çətin vəziyyətdə qalıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar