SON XƏBƏRLƏR

İran İordaniyaya da hava hücumu etdi- 4 Pua vuruldu

2026.03.07, 12:29
İran İordaniyaya da hava hücumu etdi- 4 Pua vuruldu

İordaniya üzərində İranın dörd pilotsuz təyyarəsi məhv edilib.

Gunaz.tv

Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Qətər televiziyasının məlumatına görə, İran pilotsuz təyyarələrini İrbid şəhəri üzərində Qətərin hava hücumundan müdafiə qüvvələri vurub.

Bundan əvvəl isə İran Birləşmiş Ərəb Əmirliklərinə PUA hücumu edib.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatın ilk dəqiqələrində endirilən zərbələrlə İranın ali lideri Əli Xamenei də daxil olmaqla, 40-a qədər yüksək vəzifəli məmur və komandan öldürülüb.

İran ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə və İsrailə hücum edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar