SON XƏBƏRLƏR

BƏƏ prezidenti İranı "düşmən" adlndırıb

2026.03.07, 21:46
BƏƏ prezidenti İranı "düşmən" adlndırıb

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Mohammed bin Zayed Al Nahyan İrana üstüörtülü xəbərdarlıq edərək bildirib ki, ölkəsi “asan hədəf deyil”.

Gunaz.tv

Mohammed bin Zayed Al Nahyan çıxışında İranı "düşmən" adlandırıb.

Bu ifadə BƏƏ-nin indiyədək şimal qonşusu Iran haqqında istifadə etdiyi ənənəvi diplomatik dilindən nəzərəçarpacaq dərəcədə fərqlənir.

Prezident “BƏƏ-nin düşməninə mesaj göndərmək istədiyini” bildirib.

Hücumlar nəticəsində yaralanan mülki şəxslərin müalicə olunduğu xəstəxanaya səfəri zamanı o, İrana xəbərdarlıq edərək deyib: “BƏƏ gözəldir, BƏƏ nümunə göstəriləcək bir modeldir, amma sizə deyirəm, bununla aldanmayın. BƏƏ-nin əli çox yerə çatır və güclüdür, onun əti acıdır və biz asan ov deyilik.”

Bu açıqlamalar müharibə başlayandan bəri onun ilk çıxışıdır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar