SON XƏBƏRLƏR

Laricani Azərbaycana xəbərdarlıq edib

2026.03.08, 00:29
Laricani Azərbaycana xəbərdarlıq edib

Bizim Azərbaycanla heç bir problemimiz yoxdur, amma həmin ölkədən İrana qarşı sui-qəsd və ya uçuşlar həyata keçirilərsə, biz cavab verəcəyik.

Gunaz.tv

Bunu İranın yüksək rütbəli təhlükısizlik rəsmisi Əli Laricani deyib.

Televiziyada yayımlanan müsahibədə Laricani, həmçinin, deyib ki, "regiondakı ölkələr ya ABŞ-ın öz ərazilərini İrana qarşı istifadə etməsinin qarşısını almalıdırlar, ya da biz bunu edəcəyik".

O, həmçinin İranın Bakı ilə heç bir problemi olmadığını, lakin onun ərazisindən qaynaqlanan hər hansı bir düşmənçilik hərəkətinin cavablandırılacağını xəbərdar edib.

"Bizim Azərbaycanla heç bir problemimiz yoxdur, amma həmin ölkədən İrana qarşı sui-qəsd və ya uçuşlar həyata keçirilərsə, biz cavab verəcəyik." - deyə o bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar