SON XƏBƏRLƏR

Deputat: İran Azərbaycan xalqından üzr istəməlidir

2026.03.08, 17:19
Deputat: İran Azərbaycan xalqından üzr istəməlidir

İran Azərbaycan xalqından üzr istəməlidir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbərv erir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Deputat deyib ki, İran tərəfinin son günlər səsləndirdiyi bəyanatlar və bu mövzu ətrafında yaranmış vəziyyət ciddi narahatlıq doğurur. Xüsusilə İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun nümayəndəsinin və bəzi rəsmi şəxslərinin Azərbaycanla bağlı ultimatum xarakterli açıqlamalar verməsi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də dövlətlər arasında mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir və qəbuledilməzdir.

Tahir Mirkişili qeyd edib ki, eyni zamanda Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri, ölkəmizdə terror və təxribat fəaliyyətlərinin təşkilinə yönəlmiş addımlar da qəbuledilməzdir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar