SON XƏBƏRLƏR

İtaliya İranla müharibədə kömək etməyə hazırdır

2026.03.08, 21:31
İtaliya İranla müharibədə kömək etməyə hazırdır

Gunaz.tv

ABŞ prezidenti Donald Tramp bildirib ki, İtaliyanın baş naziri Corcia Meloni ABŞ və İsrailin İranla müharibəsində yardım göstərməyə hazır olduğunu ifadə edib.

Bu barədə məlumatı İtaliyanın nüfuzlu “Corriere della Sera” qəzeti yayıb.

Tramp həmin qəzetə telefonla verdiyi müsahibədə Melonini “böyük lider” adlandıraraq bildirib ki, İtaliya kömək göstərmək üçün əlindən gələni etməyə hazırdır.

Qəzetin Trampdan sitat gətirdiyi məlumata görə, ABŞ prezidenti deyib: “Meloni həmişə kömək etməyə çalışır. O, fövqəladə lider və mənim dostumdur.”

Digər tərəfdən, Meloni cümə axşamı açıqlama verərək bildirib ki, İran İslam Respublikasının hücumlarına qarşı mübarizə məqsədilə ərəb körfəzi ölkələrinə hava hücumundan müdafiə sistemləri təqdim etməyi planlaşdırır.

Bununla yanaşı, Avropanın Kiprin müdafiəsini gücləndirmək üçün həyata keçirdiyi birgə missiya çərçivəsində İtaliyaya məxsus hərbi gəminin də bu adaya doğru hərəkətə hazırlaşdığı bildirilir.

Qeyd edilir ki, son günlər Yaxın Şərqdə gərginliyin artması fonunda Avropa ölkələrinin də regional təhlükəsizlik məsələlərində daha fəal rol oynaya biləcəyi ehtimal olunur.

 

GünAzTV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar