SON XƏBƏRLƏR

Onların yolunu gedən onlar kimi olacaq!- Ohana

2026.03.09, 13:06
Onların yolunu gedən onlar kimi olacaq!- Ohana

Onların yolunu tutan hər kəs onların aqibətini yaşayacaq.

Gunaz.tv

Bunu İsrail parlamentinin spikeri Əmir Ohana İnstaqramda bir şəkil paylaşaraq yazıb.

O, İranın yeni lideri Müctəba Xaməneinin seçilməsinə cavab olaraq hu paylaşımı edib.

Ohananın paylaşdığı şəkildə öldürülən Əli Xamənei, Həsən Nəsrullah, İsmayıl Haniyə, Yəhya Sinvar, Fuad Şaker, Əbdül Rəhim Musəvi və Məhəmməd Deyf təsvir olunub.

Qeyd edək ki, ötən gecə İran Ekspertlər Məclisi İranın keçmiş lideri Əli Xaməneinin 56 yaşlı ikinci oğlu, Müctəba Xaməneini ölkənin yeni rəhbəri təyin edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar