SON XƏBƏRLƏR

ABŞ-ın İrana hücumlarının real miqyası ortaya çıxdı

2026.03.12, 21:30
ABŞ-ın İrana hücumlarının real miqyası ortaya çıxdı

Gunaz.tv

ABŞ ordusunun Mərkəzi Komandanlığı bildirib ki, davam edən müharibə zamanı Amerika qüvvələri indiyədək İran daxilində altı mindən çox hədəfi vurub. (Gündə təxminən beş yüz zərbə) Məlumata görə, bu hücumlar nəticəsində İranın onlarla hərbi gəmisi də məhv edilib.

ABŞ ordusunun Mərkəzi Komandanlığı əməliyyatlarla bağlı son yeniləmədə açıqlayıb ki, davam edən müharibə çərçivəsində Amerika qüvvələri İran ərazisində indiyədək 6000-dən çox hədəfə zərbə endirib.

Hesabata görə, məhv edilən hədəflər arasında İranın doxsandan çox hərbi dəniz vasitəsi də var. Bunların sırasında 60-dan çox gəmi və 30-dan artıq mina yerləşdirən hərbi kater olduğu bildirilir.

Yayılan məlumat göstərir ki, hücumların intensivliyi olduqca yüksəkdir və orta hesabla hər gün İran daxilində təxminən 500 hədəf ABŞ qüvvələrinin zərbəsinə məruz qalır.

Bu rəqəmlər ABŞ ordusunun Mərkəzi Komandanlığının əməliyyatların son vəziyyəti barədə yayımladığı hesabatda yer alıb və hazırkı qarşıdurma zamanı İranın hərbi imkanlarına və infrastrukturuna qarşı hücumların misli görünməmiş miqyasda olduğunu göstərir.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar