SON XƏBƏRLƏR

Küveyt: Mina əl-Əhmədi neft emalı zavodu hücuma məruz qalıb

2026.03.20, 10:37
Küveyt: Mina əl-Əhmədi neft emalı zavodu hücuma məruz qalıb

Küveyt Mina əl-Əhmədi neft emalı zavodunun yenidən İran pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını və nəticədə zavodun bir neçə qurğusunda yanğın baş verdiyini bildirib.

Gunaz.tv

Küveyt rəsmiləri yanğınsöndürənlərin alovları nəzarət altına almağa çalışdığını və hücum nəticəsində yaralanan olmadığını bildirib.

Xatırladaq ki, bu neft emalı zavodu dünən də hücuma məruz qalmış və nəticədə yanğınlar baş vermişdi.

Qeyd etmək yerinə düşər ki, İranın bu hücumu Ramazan bayramı günü baş tutub.

Mina əl-Əhmədi zavodu gündə təxminən 730 min barrel neft emal edə bilir. Bu obyekt Küveytdə yerləşən üç əsas neft emalı zavodundan biridir.

 

C

 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar