SON XƏBƏRLƏR

Tramp: Onlar Hörmüz Boğazında enerji axını ilə bağlı bizə “hədiyyə” verdi (video)

2026.03.24, 23:42
Tramp: Onlar Hörmüz Boğazında enerji axını ilə bağlı bizə “hədiyyə” verdi (video)

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp son açıqlamasında neft və qaz sahəsi ilə bağlı böyük maliyyə dəyərinə malik bir “hədiyyə” aldıqlarını bildirib.

Tramp 24 mart 2026-cı ildə keçirilən mətbuat konfransında deyib: «Onlar bizə bir hədiyyə verdilər, çox böyük və yüksək maliyyə dəyəri olan bir hədiyyə ki, bu gün bizə çatdı.»

O, qarşı tərəfin adını birbaşa çəkmədən əlavə edib ki, bu addım “çox əhəmiyyətli” olub və bunu yalnız bir tərəf edə bilərdi.

Tramp vurğulayıb ki, bu məsələ nüvə ilə bağlı deyil və neft-qaz sahəsinə aiddir. O, Hörmüz Boğazında enerji axını ilə bağlı olub-olmaması barədə suala isə müsbət cavab verib.

Bu açıqlamalar fonunda Tramp konkret ad çəkməsə də, Höürmüz Boğazına işarəsi bu məsələdə İranın roluna dair ehtimalları artırıb.

“Bu hədiyyə”nin mahiyyəti ilə bağlı əlavə detallar açıqlanmayıb və mövzu ətrafında qeyri-müəyyənlik davam edir.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar