SON XƏBƏRLƏR

ABŞ: 3 500 dəniz piyadası olan hərbi-dəniz qrupu CENTCOM-un fəaliyyət bölgəsinə daxil olub

2026.03.28, 19:42
ABŞ: 3 500 dəniz piyadası olan hərbi-dəniz qrupu CENTCOM-un fəaliyyət bölgəsinə daxil olub

CENTCOM bildirib ki, USS Tripoli (LHA-7) amfibiya hücum gəmisində olan dənizçilər və Amerika dəniz piyadaları korpusunun dəniz piyadaları martın 27-də komandanlığın məsuliyyət zonasına daxil olublar.

Gunaz.tv

Gəmidə təxminən 3 500 hərbçi yerləşdirilib.

USS Tripoli həmçinin Tripoli Amfibiya Qrupu və 31-ci Dəniz Piayada alayı üçün flaqman rolunu oynayır. Bu qüvvələrin tərkibinə nəqliyyat və zərbə qırıcı təyyarələri, eləcə də amfibiya hücum və taktiki imkanlar daxildir.

Qeyd edək ki, bu yerləşdirmə ABŞ dəniz piyadalarının mümkün quru əməliyyatında istifadə edilə biləcəyi barədə ehtimallar fonunda baş verir. Müzakirə olunan ssenarilər arasında Xarq adası ilə bağlı əməliyyat variantları da yer alır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar