SON XƏBƏRLƏR

İranın qələbə üçün şansı yoxdur- ABŞ-ın BMT-dəki səfiri

2026.04.20, 14:16
İranın qələbə üçün şansı yoxdur- ABŞ-ın BMT-dəki səfiri

İranın qalib gəlmək üçün heç bir yolu yoxdur və nəticədə Vaşinqtonla razılığa gəlməyə çalışacaq.

Gunaz.tv

Bunu ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts deyib.

O, ötən gün NBC-yə verdiyi müsahibədə əlavə edib ki, razılaşma əldə olunmazsa, İran infrastrukturunu hədəf almaq hələ də bir seçim olaraq aktuallığını qoruyacaq.

Danışıqlar əvvəllər elan edilmiş atəşkəs müddətindən bir neçə gün əvvəl başlayacaq.

Bu, Donald Trampın Donald Trampın "İran ABŞ ilə müharibəyə qəti şəkildə son qoymaq üçün razılığa gəlməsə, İrandakı hər bir elektrik stansiyasını və hər bir körpünü məhv edəcəyik" təhdidindən sonraya təsadüf edir.

Bununla eyni vaxtda İranın rəsmi mediası Tehranın hazırda Vaşinqtonla yeni danışıqlarda iştirak etmək planının olmadığını bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar