SON XƏBƏRLƏR

Tramp: Müharibə başa çatır

2026.04.26, 20:38
Tramp: Müharibə başa çatır

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; Donald Trump bildirib ki, İrana qarşı müharibə “çox tezliklə” başa çatacaq və ABŞ bu qarşıdurmada “böyük qələbə” qazanacaq.

O, İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasının vacibliyini vurğulayaraq deyib: “Əgər bu baş verərsə, bütün dünya təhlükə altında olacaq.”

Tramp həmçinin xəbərdarlıq edib ki, İran belə bir silaha sahib olarsa, İsrail “bir neçə dəqiqə ərzində məhv ediləcək” və buna görə də Tehranın hərbi nüvə qabiliyyəti əldə etməsinə icazə vermək olmaz.

ABŞ prezidenti əvvəlki administrasiyaların siyasətinə toxunaraq bildirib ki, bu prosesin qarşısını almaq üçün addımlar illər əvvəl atılmalı idi. O qeyd edib ki, bu məsələ “40 və ya 47 il” davam edib və heç kim bu istiqamətdə real addım atmayıb.

Tramp əlavə edib ki, ABŞ bu prosesi dayandırmaq üçün kursu dəyişməyə məcbur olub və vurğulayıb: “Biz böyük iş görmüşük.”

 

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar