SON XƏBƏRLƏR

Tehran MAQATE müfəttişlərinin nüvə obyektlərinə qayıdacağı iddiasını rədd etdi

2026.06.19, 19:38
Tehran MAQATE müfəttişlərinin nüvə obyektlərinə qayıdacağı iddiasını rədd etdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ vitse-prezidenti Cey Di Vensin MAQATE müfəttişlərinin İrana qayıdacağı ilə bağlı açıqlamalarını rədd edib.

Bəqayi cümə günü bildirib: “Hərbi hücumlar səbəbindən Agentliyin çıxışı dayandırılmış obyektlərə yoxlamaların aparılması danışıqlar prosesindən və onun nəticəsindən asılı olacaq.”

Bundan əvvəl Cey Di Vens Tehran və Vaşinqton arasında əldə olunan son razılaşmadan sonra NBC telekanalına müsahibəsində MAQATE müfəttişlərinin “mütləq” İrana qayıdacağını demişdi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü yaxın günlərdə yeni bir görüşün keçirilməsi üçün hazırlıq aparıldığını da açıqlayıb.

İran və ABŞ nümayəndələri arasında cümə günü İsveçrədə keçirilməsi planlaşdırılan görüş isə ləğv olunub.

Bəqayi bununla bağlı deyib: “Anlaşma memorandumunun mətninin rəqəmsal şəkildə imzalandığını nəzərə alsaq, İsveçrədə həmin görüşün keçirilməsi təcili xarakter daşımır.”

O, həmçinin Hörmüz boğazının bağlanması ilə bağlı xəbərləri “əsassız” adlandırıb və bu marşrut üzrə gəmiçilik fəaliyyətinin davam etdiyini bildirib.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar