SON XƏBƏRLƏR

ABŞ və İran nümayəndələri Dohada texniki danışıqlara başlayıblar- Media

2026.07.01, 14:19
ABŞ və İran nümayəndələri Dohada texniki danışıqlara başlayıblar- Media

ABŞ və İslam Respublikası arasında dolayı texniki danışıqlar iyulun 1-də Dohada başlayıb və Qətər və Pakistan danışıqlarda vasitəçi qismində çıxış ediblər.

Gunaz.tv

Bu haqda Royters mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ səfirləri Cared Kuşner və Stiv Uitakoff 30 iyun axşamı texniki danışıqlar üçün zəmin hazırlamaq məqsədilə Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Sani ilə görüşüblər, ancaq onlar özləri bu günkü danışıqlarda iştirak etmirlər.

Fransa xəbər agentliyi də bir diplomatla müsahibəsində xəbəri təsdiqləyib və yazıb ki, danışıqlar iki tərəf arasında anlaşma memorandumuna və Lüsern gölü görüşündə əldə edilən irəliləyişlərin müzakirəsinə yönələcək.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar