SON XƏBƏRLƏR

Xameneinin nümayəndəsi: İran nüvə silahı istehsal etmək iqtidarındadır

2026.11.08, 12:14
Xameneinin nümayəndəsi: İran nüvə silahı istehsal etmək iqtidarındadır

Gunaz.tv

İranın Fars vilayətində Xameneinin nümayəndəsi olan Lütfullah Dejkam ölkənin nüvə və hərbi potensialı ilə bağlı açıqlamasında İranın elmi bilik və texniki imkanlar baxımından nüvə silahı istehsal etmək gücünə malik olduğunu bildirib.

Dejkam həmçinin İranın çəkindirmə siyasətinə yeni təhdidlərə uyğun olaraq yenidən baxılmasını və bu siyasətin gücləndirilməsini tələb edib. O vurğulayıb ki, bu siyasət elə dəyişdirilməlidir ki, İrana qarşı istənilən hücuma dərhal cavab verilsin.

O, çıxışının davamında ABŞ-ın dəstəyinə arxalanan ölkələri təhdid edərək bildirib ki, Vaşinqtona güvənmək həmin ölkələri İrana qarşı mümkün hücumda iştirak etmələrinin nəticələrindən qoruya bilməz.

Dejkamın nüvə silahı istehsal etmək imkanları və çəkindirmə siyasətinin dəyişdirilməsi ilə bağlı açıqlamaları İran rəsmilərinin bir çoxunun mövqelərini dəyişdiyini və atom bombası istehsalına doğru yönəldiyini göstərir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar