SON XƏBƏRLƏR

İranlı deputat Müctəba Xameneidən atom bombası icazəsi istədi

2026.10.30, 22:16
İranlı deputat Müctəba Xameneidən atom bombası icazəsi istədi

Gunaz.tv

İran parlamentinin deputatı Mahmud Nəbəviyan bildirib ki, Qum şəhərində hökumət tərəfdarlarının gecə mitinqi zamanı İranın ali rəhbəri Müctəba Xameneidən atom bombası istehsalına icazə verməsini istəyib.

Nəbəviyan “X” sosial şəbəkəsində yazıb ki, mitinq iştirakçıları onun bu çağırışını “Allahu Əkbər” şüarları ilə dəstəkləyiblər.

İranda nüvə silahının istehsalı məsələsi uzun müddətdir Tehranla beynəlxalq ictimaiyyət arasında mübahisə mövzularından biridir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar