SON XƏBƏRLƏR

İranın atom bombası istəyi; bu dəfə Rzai hədələdi

2026.11.01, 13:04
İranın atom bombası istəyi; bu dəfə Rzai hədələdi

Gunaz.tv

Müharibə yenidən başlayarsa, İran əvvəlki nüvə siyasətinə yenidən baxa bilər.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai müharibənin yenidən başlaması halında İranın nüvə doktrinasının dəyişdirilməsi məsələsinin hakimiyyət səviyyəsində müzakirəyə çıxarılacağını bildirib.

Rzai İranın dövlət televiziyasına müsahibəsində bu barədə hələ rəsmi qərar qəbul edilmədiyini, lakin İranın nüvə obyektlərinə hücumların Tehranın əvvəlki nüvə siyasətini davam etdirib-etdirməməsi məsələsini gündəmə gətirdiyini deyib.

Nüvə doktrinasının dəyişdirilməsi İranın nüvə silahı istehsal etməmək barədə bəyan etdiyi siyasətə yenidən baxılması və atom bombası istehsalına doğru addımların nəzərdən keçirilməsi mənasına gələ bilər.

Bu, həmçinin uranın zənginləşdirilməsi səviyyəsinin artırılmasını və çəkindirmə strategiyasının dəyişdirilməsini əhatə edə bilər.

Rzainin açıqlaması göstərir ki, müharibə yenidən baş verərsə, belə bir dəyişiklik ehtimalı İran hakimiyyətində müzakirə mövzularından birinə çevrilə bilər.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar