SON XƏBƏRLƏR

Məşhədin imam-cüməsi: İran atom silahı əldə etməlidir

2026.11.01, 12:09
Məşhədin imam-cüməsi: İran atom silahı əldə etməlidir

Gunaz.tv

İranın Xorasan-Rəzəvi vilayətində ali rəhbərin nümayəndəsi Əhməd Ələmülhüda nüvə silahının əldə edilməsinin vacib olduğunu bildirib.

O, “Xorasan” qəzetinə müsahibəsində atom silahını düşməni çəkindirmək vasitəsi adlandırıb və bu silahın əldə olunmasını zəruri hesab etdiyini deyib.

Bu açıqlama Tehranda nüvə doktrinasının dəyişdirilməsi və nüvə silahına sahib olmaq məsələsinin yenidən gündəmə gəldiyi bir vaxtda səslənib. 

İranın Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai də müharibənin yenidən başlaması halında əvvəlki nüvə doktrinasının saxlanılıb-saxlanılmamasının müzakirə olunduğunu bildirib. Bununla belə, hələlik hökumət səviyyəsində yeni qərar qəbul edilməyib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar