Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
Rasim Musabəyov: "Moskva yenə də ermənilərdən bölgədə vəziyyəti qarışdırmaq üçün imkanlarını əldə saxlamaq niyyətindədir" İndi əgər Minsk Qrupunun, Rusiyanın fəaliyyətindən imtina etmək lazımdırsa, edək. Bu, onsuz da nəticəsi olmayan ATƏT-in Minsk Qrupunun fəaliyyətini gətirib iflic vəziyyətə çıxarmaq deməkdir. Rusiyanın Ermənistanı növbəti dəfə silahlandırması rəsmi Bakı ilə Moskva arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Rusiya tərəfi Ermənistana silah verilməsi məsələsini ümumi məlumatlarla sığortalamağa çalışsa da, Azərbaycan tərəfinin Rusiyanın Bakıdakı səfiri Vasili İstratovun cavablarını qəbul etməyərək məsələyə daha dəqiq və geniş şəkildə aydınlıq gətirilməsini tələb etməsi Bakı ilə Moskva arasındakı münasibətlərin bundan sonrakı vəziyyətinin necə olacağı ilə bağlı suallar doğurub. Bu, Rusiya tərəfindən Azərbaycanın əleyhinə yönəlmiş birinci addım deyil. Ötən il Rusiya həm də ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkə olmasına rəğmən BMT Baş Assambleyasında DQ ilə bağlı müzakirə edilən qətnamə layihəsinin əleyhinə çıxaraq Ermənistanla eyni mövqedən çıxış etmişdi. Bu baxımdan ekspertlər Rusiyanın son addımlarının Moskva-Bakı münasibətlərindən təsirsiz ötüşməyəcəyini bildirirlər. Politoloq Rasim Musabəyov isə hesab edir ki, Rusiyanın Ermənistanı silahlandırması rəsmi Bakının bir sıra məsələlərlə bağlı Moskvanın maraqlarına uyğun olmayan qərarlar qəbul etməsinə gətirib çıxara bilər. - Burada təəccüblü heç nə yoxdur. Rusiya əvvəlki oyununu davam etdirir və erməniləri də bizim ayağımıza verəsi deyil. Rusiya bu addımı ilə erməniləri yenə də dəstəklədiyini, münaqişə ilə bağlı danışıqlarda ermənilərin öz mövqelərində möhkəm dayanmasına çalışdığını sübut etdi, yəni Azərbaycanın davranışı Rusiyanın xoşuna gəlmədiyi halda Moskva yenə də ermənilərdən bölgədə vəziyyəti qarışdırmaq üçün imkanlarını əldə saxlamaq niyyətindədir. Azərbaycan NABUKKO-ya razılıq verərsə, Rusiyanın xoşuna gəlməyən layihələrə qoşularsa, Rusiya daima Ermənistan vasitəsi ilə bölgədə hərbi gərginliyi artırmağa çalışacaq. Bu, regiona da təhlükədir, həmin layihələrə də. Ona görə də Rusiya daima belə təhlükələr yaratmaq mövqeyindən çıxış edəcək. - Ötən il Azərbaycanda uzunmüddətli fasilədən sonra hərbi parad keçirildi və Ermənistan tərəfi də narahatçılıq bildirmişdi. Bu paradın keçirilməsinin Rusiyanın Ermənistana əlavə silah verməsi ilə əlaqəsinin olduğunu düşünmək olarmı? - Paradın buna bir aidiyyəti yoxdur. Parad müəyyən mənada Azərbaycanın artan hərbi gücünün nümayişi idi. Bu parad olmadan da hamı anlayırdı ki, Azərbaycanın nəyi var, nəyi yoxdu. İkinci məsələ odur ki, bu silahlar Gürcüstandan çıxarılanda hamı anlayırdı ki, elə Ermənistan üçün nəzərdə tutulurdu. İndi bu rəsmi şəkildə nə məqsəd daşıyırdı, bu aydınlaşmalıdı. O silahların orda olması onsuz da ermənilərə yardım idi. Düşünürəm ki, indi bu silahların Ermənistana verilməsi əslində Azərbaycana mesajdı. Çünki Azərbaycan Rusiyanın istəklərinə rədd cavab verir. Əgər bununla Azərbaycana təzyiq etmək istəyirlərsə, mənə elə gəlir ki, Azərbaycan göstərməlidir ki, Rusiya Bakı ilə təzyiq vasitəsi ilə danışmağa meyillidirsə, bunun tam əksini görəcək. - Rusiya Gürcüstan hadisələrindən sonra Azərbaycanla münasibətlərinin kifayət qədər isti olduğunu nümayiş etdirməyə çalışırdı. Hətta DQ münaqişəsinin nizamlanması ilə bağlı Moskvada bəyannamə də imzalandı. İndi bu bəyannamə nə olacaq? - Bu, əslində bir kağız parçasıdır. Moskva bəyannaməsi imzalananda da kağız parçası idi, indi də kağız parçası kimi qalır. Moskva bəyannaməsi o halda əhəmiyyət qazanardı ki, o bəyannamədən sonra Rusiyanın fəal səyləri bu problemin həllnə doğrudan da kömək edə bilən hansısa mərhələyə gəlsin. Bu olmadı. Mən indi fərziyyə irəli sürə bilərəm ki, Moskva bəyannaməsi rusların tamamilə əks-planlarını sığortalamağa yönəlmiş bir əməliyyat idi. Moskva bəyannaməsi onun üçün lazım idi ki, ermənilərə silah verilməsi, sonra ola bilsin ki, erməniləri qızışdırıb kommunikasiyalara təhlükə yaratmağa ölçülmüş və tamamilə yaramaz bir təşəbbüs idi. Sabah vəziyyət gətirib ora çıxartsa, bunu belə də qiymətləndirmək olar. - Rusiya ötən il martda BMT Baş Assambleyasında Azərbaycanın qaldırdığı qətnamə layihəsinin əleyhinə çıxdı. Eyni zamanda Ermənistana silah verdi. Bir ildə iki böyük qalmaqal olan hadisə baş verirsə, bu, Rusiyanın həmsədrlikdən uzaqlaşdırılması üçün əsas yaratmırmı? - Söhbət ondan gedirsə ki, Minsk Qrupunun fəaliyyətindən imtina edək, bunu heç deməyə ehtiyac yoxdur. Minsk Qrupu bizim başqa istiqamətdə fəaliyyətimizə maneçilik yaradır? - Təbii ki, yaratmır. - Vəssalam da. Gücün nəyə çatır, get elə də. İndi əgər Minsk Qrupunun, Rusiyanın fəaliyyətindən imtina etmək lazımdırsa, edək. Bu, onsuz da nəticəsi olmayan ATƏT-in Minsk Qrupunun fəaliyyətini gətirib iflic vəziyyətə çıxarmaq deməkdir. Qazandığımız nə olacaq? Biz bundan imtina etməklə ayrı bir vasitəçiliyə yol açırıqsa, bunu etmək olar. Amma mən görmürəm ki, bunun üçün növbədə duran olsun. Gərək yeni vasitəçilərin fəaliyyətinin səmərəli olması üçün imkanları olsun ki, biz bunları rədd eləməklə nəyəsə yol açaq. Bu isə yoxdur. Ona görə də biz əlimiz nəyə çatırsa, onu etməyə çalışmalıyıq. Təbii, Rusiyanın bu yaramaz vasitəçiliyinə diqqət cəlb etməliyik. Ancaq Minsk Qrupundan imtina etmək, əgər onu əvəz edəcək başqa bir vasitəçilik olmayacaqsa, düşünmürəm ki, bu faydalı olar. - İndiyə qədər Azərbaycan Rusiya və Qərb arasında balans siyasəti aparırdı. Hətta Gürcüstan hadisələri zamanı da bu balansı qorumağa çalışdı. Bundan sonra bu balansı saxlamaq mümkün olacaqmı? Yoxsa Azərbaycan artıq birmənalı şəkildə seçimini edəcək? - Yeni bir balans olmalıdır. Ancaq bu balansda Azərbaycan Rusiyanın bu fəaliyyətini nəzərə alaraq mütləq şəkildə korreksiya etməlidir. Yəni rus sabah bizə irad tutanda ki, bu bizim münasibətlərimizə xələl gətirə bilər, Azərbaycan bu məsələni ortaya qoya bilər ki, münasibətlərə xələl gətirən addımı sən məndən əvvəl atmısan. Mən sənin addımını nəzərə alaraq bu qərarlarımı verirəm. Bu qərarlar Rusiyanın "Qazprom" şirkətinə rədd cavabı verilməsindən keçir. O cümlədən Azərbaycanın NABUKKO-ya razılıq verməsindən keçir. O qərarlar bölgəyə ABŞ-ın və Türkiyənin hərbi infrastrukturunun gətirilməsindən keçir. - Bundan sonra Rusiya-Azərbaycan münasibətlərində nə dəyişəcək? - Süni şəkildə bizim Gürcüstan kimi Rusiya ilə baş-başa getməyimizə ehtiyac yoxdur. Rusiyanın bir çox istəklərinə çox soyuq yanaşmaq lazımdı. Buna Rusiya özü əsas yaradıb. Rusiya özü bilməlidir ki, rədd cavabları, soyuq münasibət, Rusiyanın bir çox istəklərinin reallaşmaması konkret olaraq Rusiyanın bu yaramaz hərəkətinin nəticəsidir. Azı yaxın bir-iki il üç Rusiya bu hərəkətinin təsirini Azərbaycanla münasibətlərdə hiss etməlidir. Vüsalə Rafiqqızı
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Ərdəbildə üç məhbus edam edildi
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir