SON XƏBƏRLƏR

Zelenski xalqa müraciət edib: “Ukraynanın sərhədləri əvvəlki kimi qalacaq"

2022.02.22, 05:13
Zelenski xalqa müraciət edib: “Ukraynanın sərhədləri əvvəlki kimi qalacaq"

Gunaz.tv

Bunu Prezident Volodimir Zelenski xalqa müraciətində deyib.

“Özlərinin müstəqilliyini elan edən “respublikalar”ın tanınması Rusiya Federasiyasının Minsk sazişindən çıxması deməkdir”, - Zelenski vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Ukrayna "Normand dördlüyü"nün Fövqəladə Zirvə Toplantısı təşəbbüsü ilə çıxış edib.

Rəsmi Kiyev ATƏT-in Xüsusi Monitorinq Missiyasının tam formatda fəaliyyətində təkid edir.

Onun sözlərinə görə, Kiyev siyasi-diplomatik nizamlanmaya sadiqdir və təxribatlara tabe olmayacaq.

“Ukrayna heç kimə heç nə verməyəcək”, - dövlət başçısı əlavə edib. (report.az)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar