İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
Toponimlər coğrafi və antropoloji tədqiqatlarda xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə landşaft elementləri, məsələn, bir yerdə bitən bitkilər, orada yaşayan heyvanlar, həmçinin qayalar, rənglər, su yolları, hətta orada yaşayan, işləyən və ya savaşan personajlar müəyyən bir yer adının mənşəyi ola bilər.
Coğrafi adlar, şəhər, yaxud kənd adları qeyd olunan yerlə bağlı bəzi vacib xüsusiyyətləri əks etdirə bilməklə yanaşı, tarixi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Bu adlar digər tarixi sənədlərlə yanaşı, bir bölgənin qədim sakinlərinin kim olduğunu bəlli etmək üçün tarixi araşdırmalarda diqqətə alınır.
Digər tərəfdən, bu adlar bir diyarın sakinlərinin kimliyini əks etdirir. Məsələn, İran kimi bir ölkədə bu ölkənin cənub-qərbinə səyahət etsək, tez-tez ərəb adlarına rast gələrik, lakin şimal-qərbində və bəzi digər bölgələrdə türk adları qarşımıza çıxacaq.
1925-ci ildə İranda türk Qacarlar sülaləsinin hökmranlığı rəsmən ləğv edildikdən sonra fars Pəhləvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə yer adlarının dəyişdirilməsi Azərbaycan türklərinin kimliyini silmək üçün həyata keçirilən geniş siyasətin tərkib hissəsi oldu. Yəni İranda türklərin, xüsusilə də Güney Azərbaycan türklərinin farslaşdırma siyasətinə uyğun olaraq, onların ana dillərini qadağan etməklə, tarixlərini təhrif etməklə, milli kimliklərini aşağılamaqla yanaşı, yaşadıqları yerlərin coğrafi adları da dəyişikliyə məruz qaldı.

Təbii ki, bu siyasət təkcə Pəhləvilərin hakimiyyəti dövrünə xas deyildi. İslam inqilabından və İranda İslam respublikasının qurulmasından sonra da eyni siyasət davam etdi.
Burada mühüm məqam ondan ibarətdir ki, istər Pəhləvi monarxiyası, istərsə də İran İslam Respublikası hökuməti bu məsələdə çox ehtiyatlı və məkrli davranıb və bu işin Güney Azərbaycan türklərinin geniş etirazına səbəb olmaması üçün uzun müddət ərzində mümkün qədər sakit və addım-addım gərçəkləşdirməyə çalışıb.
Beləcə, hər bir yerin adını dəyişdirdiklərində yalnızca o yerlərdə yaşamaqda olan əhalinin qısa müddətli etirazlarıyla qarşılaşaraq az müddət içində o etirazları yatırmağı bacarıblar.
Bu kiçik yazımızda İran hökumətinin son yüz ildə Güney Azərbaycanda türkcə yer adlarını necə dəyişərək farscaya çevirdiyinə dair nümunələr göstərməyə çalışacağıq. Lakin Güney Azərbaycanda coğrafi yer adlarının dəyişdirilməsi məsələsinə toxunmazdan əvvəl bunun xüsusilə son illərdə transmilli və transsərhəd aspekt aldığını qeyd etmək pis olmaz.
Xüsusən də Azərbaycanın müzəffər ordusunun 44 günlük Qarabağ müharibəsində qələbə çalmasından və İranın müttəfiqlərinin, yəni ermənilərin məğlubiyyətindən sonra, bu ölkənin əksər media və mətbuatı Azərbaycanın adını “Azərbaycan Respublikası” adlandırmaqdan imtina edir və onun yerinə “Bakı Respublikası” və ya “Bakı rejimi” kimi qondarma mənasız ifadələr işlədirlər! Eyni zamanda, Qarabağ şəhərlərindən bəhs edərkən onların Azərbaycan türkcəsində olan adlarını çəkmək əvəzinə, qondarma erməni adlarını istifadə edirlər.
Hətta Tehran Şəhər Şurasının təsdiqi ilə bu şəhərin bəzi küçələrinə qondarma adlar verilərək, məsələn, Bakı əvəzinə “Badkube” və Şuşa əvəzinə “Şuşi” kimi adlar qoyulub.
Əslində Araz çayının hər iki sahilindən Azərbaycan adının çıxarılması İranın məkrli və uzunmüddətli siyasətidir. Qeyd etdik ki, bu ölkənin mətbuatı və mediası Azərbaycan adını mümkün qədər dilə gətirməməyə çalışır. Vurğuladığımız kimi, bu yeni bir siyasət deyil.
Azərbaycana, eyni zamanda, türklərə qarşı bu siyasət təxminən yüz il bundan qabaq Pəhləvilərin hakimiyyətə gəlişindən bəri başlayıb və günümüzə qədər də davam edir. Rza şah Pəhləvi dövründən başlayaraq yeni ölkə bölgüləri bəhanəsi ilə Güney Azərbaycanın bir çox tarixi bölgələrindən Azərbaycan adı addım-addım silinib.
Cənubi Azərbaycanın Astara, Bicar (Gərus), Qurvə, Sonqur, Saqqız kimi bəzi tarixi şəhərləri başqa ostanlar (vilayətlərə) arasında pay-bölüş olub. Başqa tərəfdən, yeni ölkə bölgüləri bəhanəsi ilə yeni ostanlar yaradılaraq Azərbaycan adı onların üstündən qaldırılıb.
Məsələn, bu gün ölkənin rəsmi idari və inzibati bölmələrində, şəhər və vilayət adlarında Zəncan, Qəzvin, Həmədan, Əlburz və Ərdəbil kimi ostanlar (vilayətlər) Güney Azərbaycanın tərkib hissəsi sayılmır və Azərbaycan adı yalnızca Şərqi Azərbaycan və Qərbi Azərbaycan deyilən iki ostanın üstündə qalıb!
Hətta Azərbaycanın adını üstündə qoruyub saxlamış olan bu iki vilayətdən söz gedəndə də İran mediası və mətbuatı imkan daxilində Azərbaycan adından istifadə etməkdən qaçmağa, əvəzində Təbriz vilayəti və ya Urmiya vilayəti kimi qondarma ifadələr işlətməyə çalışır.
Bu hərəkət Güney Azərbaycan türklərinin ciddi və geniş etirazına səbəb olsa da, görünən odur ki, İran hökumətinin Azərbaycanın adını unutdurmaq üçün ciddi iradəsi var və bu məqsədyönlü səhv hökumət mətbuatında və televiziyasında dəfələrlə təkrarlanıb.

Hətta bəzən İran rəsmilərinin dilində də bu ifadələr işlədilib və hətta İran sabiq prezident Həsən Ruhani prezidentliyi dövründə bir neçə dəfə Qərbi Azərbaycan vilayəti deyil, Urmiya vilayəti ifadəsini işlədib! Üstəlik gözü Qərbi Azərbaycan ərazisində olan PKK-ya bağlı terror qrupları da adətən Qərbi Azərbaycan vilayətinin adının əvəzinə Urmiya vilayəti adından istifadə edir.
Şəhərlər
Güney Azərbaycan şəhərlərinin və qəsəbələrinin adlarının dəyişdirilməsində üç yanaşma nəzərə alınıb:
1. Bəzi hallarda şəhərlərin türk adları farscaya dəyişdirilib: Məsələn, Savuc Bulaq→ Mahabad, Sarı Daş→ Sərdəşt, Ərəblər→ Poldəşt, Sain Qala→ Şahin Dej, Tufarqan (Duvarqan) → Azərşəhr, Sərəskənd→ Həştərəi→ Həştrud, Tikan Təpə→Tekab, Məlik Kəndi→Məlekan, Yam→Pəyam, Bəy kəndi→ Bukan, Ağca şəhər→ Acəşəhr→ Əcəbşir, Xana→ Piranşəhr, Üçnuva→ Oşnəviyye...
2. Digər hallarda isə bir neçə qəsəbəni birləşdirib yeni bir şəhər yaratmaqla əvvəlki qəsəbələrin türk adlarına kölgə salınıb və yeni qurulmuş olan şəhərə farsca ad verilib: Məsələn, Gərgər+ Ələmdar (türkləşmiş ərəbcə+farsca bir ad) → Hadişəhr...
3. Güney Azərbaycanda yeni şəhərlərin, qəsəbələrin, məhəllələrin və yaşayış komplekslərinin salınması və onlara farca və ya ərəbcə adların qoyulması: Məsələn, Parsabad, Əndişe, Elahiyye, Vəli-əsr, Punək, Kuye-Əbrişəm, Kuye-Səfa, İsar, Ərəs (Araz adının farsca versiyonu)...
Çaylar, dağlar, dərələr
Güney Azərbaycanda yerləşən çay, dağ və dərə adları demək olar ki, tamamən türkcədir. Bununla belə, son yüz ildə İran hökuməti coğrafi adların bəzilərini farscaya dəyişməyə çalışıb: Məsələn, Araz→ Ərəs, Cığatı çayı→ Zərrine rud, Tata`u çayı→ Simine rud, Ağ çay→ Sefid rud, Acı çay→ Təlxe rud...
Dağların adlarına gəlincə, yalnız insanlara çox tanış olan və ya istirahət yeri kimi tanınan və çoxlu adamların tətil günlərdə səyahət üçün çıxdığı dağların adlarını dəyişməyə çalışıblar: Qara dağ→ Ərəsbaran, Savalan→ Səbəlan, Qaravul dağı→ Şirkuh...
Yalançının ağlı olmaz deyərlər. İran hökuməti də Güney Azərbaycanda adları dəyişdirdiyində bəzən gülünc işlər görür. Məsələn, Həmədan bölgəsində Qarqalan adlı iki zirvə vardır. Qarqalan sözünün Qarqa sözündən gəlmiş olduğunu düşünən saxtakarlar həmən zirvələrin birinin adını Kəlağ Lane (Qarqa Yuvası), başqasını isə Daem Bərf (Həmişə Qar) deyə dəyişmişlər!
Bu gün Güney Azərbaycan türklərini ağır vəziyyətə salmaq niyyətiylə və onları Azərbaycandan köçməyə məcbur etmək üçün İran hökuməti tərəfindən qəsdən qurudulmuş və zərərli fəlakətlərə səbəb olan Urmiya gölünün iyirmi il əvvələ qədər, yəni su ilə dolu olduğu vaxta qədər, çoxlu adaları var idi və o adların demək olar ki, bütün adları farsca dəyişdirilib: Gəmiçi təpə→ Kuçek təpə (“kiçik” və ya “küçük” sözünün türkcə olduğunu bilmədən bu sözü farsca sanmışlar), Şah Saranlı→ Mehr, Çat təpə→ Çak təpə, Sarı təpə→ Zər təpə, Dənəli→ Nahid, Ağ dağ→ Sepid kuh, Gəmiçi→ Naxoda, Yanıxlı→ Atəş, Yassı daş→ Təxtan, Qoyun dağı→ Kəbudan...
Kəndlər
Cənubi Azərbaycanın şəhər adları ilə müqayisədə kənd adları daha çox dəyişikliyə məruz qalıb. Əksər hallarda daha əvvəlki türk adlarına bənzəyən fars adları seçilərək belə göstərməyə çalışılır ki, guya bu adlar əvvəldən farscaymış! Əlbəttə bu arada bəzən qeyri-fars adlara da tuş gəlirik. Ancaq bu qeyri-fars adlar ümumiyyətlə farslaşmış olan adlardır. Belə görünür ki, hökumətin amacı Güney Azərbaycandan türk və Azərbaycanlı kimliyi silməkdir.
Adları farslaşmış olan kəndlərin sayı xeyli çoxdur. Lakin biz burada yalnız bir neçə misal qeyd edəcəyik: Pəlmə yer→ Por mehr, Sumay→ Some`e, Köhsalar (Köksalar) → Kuhsalar, Şah bəy→ Şah abad→ Şave, Boz qala→ Bozğale (keçi)!, Dərə göl→ Dərre Ğul, Tarı qaya→ Toraqıyye, Uşaqlı→ Oşşaq, Souk (“soyuq” sözünün başqa versiyası) → Şayeq, Sürməlik→ Səraye Məlek, Barış→Barənc, Suca→Şoca`, Şavalı→ Şə`banlu, Başdam→ Bəstam, Gücü var→ Koca abad, Su batan→ Taze deh, Qalacıq→ Əziz abad, Ceyranlı→ Carihani, Qərə su→ Siyəh Çeşme, Qazan xan→Ğaziyan, Tarım→ Abbər, Qalalar→ Qəllat, ...
Onu da əlavə edək ki, bəzi vaxtlar Azərbaycan kəndlərinə verdikləri qondarma adlar özlərini də razı salmayıb, bunun üçün də bəzən bir kəndin adını dəfələrlə dəyişdiklərini görürük.
Məsələn, Əski adı Gönük olan, amma sonralar Köynək deyilən kəndin adı əvvəl Kohnək, daha sonra Quhicin və nəhayət Kuyenik deyə dəyişdirilib! Və ya Həmədan bölgəsində yerləşən Şah bəy adlı kəndin adını əvvəldə Şah abad olaraq, sonra isə Şave olaraq dəyişdiriblər.
***
Burada qeyd etdiklərimiz Güney Azərbaycanda türk adlarının farsca dəyişdirilməsi hallarının çox cüzi bir hissəsidir. Bundan əlavə, nəzərə alın ki, yeni salınmış demək olar ki, bütün küçələr, məhəllələr və binalar, obyektlər, iş yerləri, parklar, istirahət və turizm mərkəzləri fars və ya ərəb adları ilə adlandırılır.
Hətta bir çox yerlərdə xalq tərəfindən verilmiş olan türk adlar dəyişdirilir. Güney Azərbaycanın tarixi bazarlarının fərqli bölümlərinin adları; şəhərlərdəki xiyabanların, küçələrin, meydanların və məhəllələrin bir çoxunun türk adları farsca və ya ərəbcə dəyişdirilib. Məsələn, Qut meydanı→ Meydane Qotb, Gümüş qaya→ Dəmeşqiyye, Qara ağac→ Qods, Daş körpü→ Pole Səngi, Qarı Körpüsü→ Pole Qari...

Türk adlarının farsca və ya ərəbcə dəyişdirilməsi mədəni soyqırımı kimi qəbul edilməklə yanaşı, bəzən Güney Azərbaycan türklərinə qarşı təhqir də ehtiva edir. Məsələn, artıq Təbrizə birləşmiş Axma qəyə (qaya) adlı qəsəbəni Əxməqiyye adlandırıblar.
Bir halda ki, “axmaq” sözü Təbrizdə bəzən “əxməq” deyə tələffüz olur. Çox etirazlardan sonra Axma qaya adını geri qaytarılmaq yerinə dəyişib Şəhid Çəmran qoydular. Və ya başqa bir misal olaraq Təbrizin Sarı qəyə (Sarı qaya) adlı məhəllələrindən biri Sareqiyyə olaraq dəyişdirdilər! Halbuki fars dilində də işlənən və Güney Azərbaycanda da bilinən ərəb sözü olan “sareq”, oğru mənası verir və Sareqiyyə “oğrular yurdu” deməkdir!
Sonda onu da qeyd edək ki, son illərdə Güney Azərbaycan türkləri arasında özünə qayıdış dalğasının genişlənməsi və onların etiraz və tələblərinin artması nəticəsində bəzi yerlərin orijinal türk adlarının qaytarıldığını görürük. Lakin təhriflərin sayı o qədər çoxdur ki, bu cür tədbirlər onların hamısını kompensasiya edə bilməz. (apa)
Günaz.TV
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir