SON XƏBƏRLƏR

Fars agentliyi: İran Hörmüz boğazının yenidən açılması ilə bağlı razılığa gəlməyib

2026.08.02, 14:54
Fars agentliyi: İran Hörmüz boğazının yenidən açılması ilə bağlı razılığa gəlməyib

İran Hörmüz boğazının yenidən açılması ilə bağlı heç bir razılıq əldə etməyib.

Gunaz.tv

Bu barədə SEPAH-a bağlı Fars xəbər agentliyi bazar günü Tehranın nüvə danışıqları üzrə nümayəndə heyətinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ-ın "düşmənçilik xarakterli addımları" davam etdiyi müddətdə boğaz bağlı qalacaq və gəmilər yalnız SEPAH Hərbi Dəniz Qüvvələrinin icazəsi ilə müəyyən edilmiş marşrut üzrə hərəkət edə biləcəklər.

Bundan əvvəl İsrailin Kanal 12 telekanalı İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ və Qətərin vasitəçiliyi ilə hazırlanmış kompromis təklifini qəbul etdiyini bildirmişdi. Həmin plana əsasən, gəmilər Ərəb körfəzinə İranın ərazi sularından daxil olacaq, çıxışı isə Oman ərazi suları vasitəsilə həyata keçirəcəklər.

Telekanal iki diplomata istinadən yazıb ki, Oman da bu təklifi qəbul edib, lakin Əraqçinin razılığının SEPAH-ın da mövqeyini əks etdirib-etdirmədiyinə dair aydınlıq istəyib. Məlumatda həmçinin iddia olunub ki, Əraqçinin bu təklifi qəbul etməsi ABŞ Prezidenti Donald Trampın İrana planlaşdırılan zərbələri ləğv etməsində rol oynayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar