SON XƏBƏRLƏR

İran hiperinflyasiyaya yaxınlaşır?

2026.08.01, 19:36
İran hiperinflyasiyaya yaxınlaşır?

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, iqtisadçı İranda qiymət artımlarının davam etdiyini bildirərək, ölkə iqtisadiyyatının hələ klassik mənada “hiperinflyasiya” mərhələsinə daxil olmadığını, lakin inflyasiya şəraitinin “çox əlverişsiz” olduğunu deyib.

Hüseyn Rağfər şənbə günü İLNA-ya müsahibəsində bu fikirləri Məsud Nilinin açıqlamalarına cavab olaraq səsləndirib. Nili iyul ayının sonlarında İranın “hiperinflyasiyadan əvvəlki mərhələdə” olduğunu bildirmişdi.

Universitet professoru deyib: “Hazırda bir çox mallarda qiymət artımı 100 faizdən çoxdur.” O əlavə edib ki, hiperinflyasiya aylıq inflyasiya səviyyəsinin 40–50 faizə çatdığı vəziyyətə deyilir.

Rağfər həmçinin “dövlətin valyuta məzənnəsini artırmaq siyasəti”ni İran iqtisadiyyatının hiperinflyasiya mərhələsinə daxil olmasına zəmin yaradan amillərdən biri kimi qiymətləndirib və bu siyasətin davam etməsinin risklər yaratdığı barədə xəbərdarlıq edib.

Son illərdə İranda mal və xidmətlərin qiymətlərinin kəskin bahalaşması vətəndaşların yaşayışına ciddi təsir göstərərək, əhalinin böyük hissəsinin həyat tərzini nəzərəçarpacaq dərəcədə dəyişdirib. Buna baxmayaraq, bəzi İran rəsmiləri ağırlaşan dolanışıq böhranı fonunda əhalinin “dözümlülüyünü” artırmalı olduğunu bildirirlər.

 

GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar