Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Sistan və Bəlucistanda silahlı qarşıdrma- 6 nəfər həlak oldu
Qazaxıstan Rusiyaya nota verib
Abbas Lisaninin müalicəsinə icazə verilmir
Həmədanda iş qəzaları- 147 nəfər...
Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir
Britaniya səfiri: Etibarlı tərəfdaşlıq hər zamankından daha önəmlidir
ABŞ İranın dəniz blokadasının bərpasından sonra 125 ticarət gəmisinin istiqamətini dəyişib
Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədən suriyalını saxlayıb
Azərbaycan–Qazaxıstan Transxəzər fiber-optik xətti bir aydan az müddətə istifadəyə veriləcək
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
İrana zərbələrin bərpası ilə bağlı tezliklə qərar veriləcək- Tramp
Üç şəhərdə 9 məhbus edam edildi
İran nümayəndə heyəti ABŞ-dan qovulub
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
BƏƏ BMT-də: Bizim üç ərəb adamız İranın işğalı altındadır (Video)
GünAz TV: İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda (zəminində) rəsmi Bakı ciddi addım atmağa qərar verib.
Bu barədə “Yeni musavat” qəzetinin redaksiyasına daxil olan məlumatda bildirilir. Etibarlı, həm də mötəbər mənbənin deməsinə görə, Azərbaycan dövləti nə qədər məsələ qaldırsa da, İran TV-ləri, xüsusilə “Səhər” telekanalı ölkəmizə qarşı əks-təbliğat kampaniyasını və informasiya müharibəsini dayandırmır. Azərbaycanı daxildən parçalamağa, onun inanclı insanlarını dövlətə qarşı qoymağa və təhrik etməyə hesablanan bu müharibə son vaxtlar heç bir qayda tanımır. Azərbaycan iqtidarı ilə yanaşı, ölkəmizin demokratik düşərgəsini də hədəfə alan, hər kəsi “sionist” elan edən “Səhər” telekanalı və bu kimi KİV-lər (kütləvi informasiya vasitələri) İran prezidentinin ermənilərlə yaxın dostluğunu, onun timsalında mövcud İran rejiminin Ermənistana dəstək verməsini da görməzlikdən gəlir.
“Bütün bunları və bundan sonrakı gedişatı hesablayaraq, Azərbaycan dövləti adından belə bir qərar verilib ki, İran KİV-lərinin əks-təbliğat və informasiya müharibələrini neytrallaşdıra (xunsa etmək) biləcək, üstəlik, təbliğat və əks-təbliğat fəaliyyətində daha üstün performans (karayi) göstərməyə hesablanan yeni bir telekanal qurulsun”. Bizə bu məlumatı çatdıran mənbəmiz həm də iddia edir ki, artıq həmin telekanalla bağlı layihə ilkin olaraq razılaşdırılıb, bütün dəngələr hesablanıb; indi onun üçün rəhbər heyət seçilir və start verilməsi üçün “ideoloji hekayə” (yəni əsaslandırma) hazırlanır. Məsələ burasındadır ki, bizim iqtidarın sərt nəzarəti ucbatından Azərbaycanda yeni TV açmaq, faktiki (əməli) olaraq, mümkün deyil. Bunu qəfildən kiminsə adına açsalar, təbii ki, dərhal bilinəcək ki, arxasında birbaşa ən yuxarılar dayanır; abırlı desək, dövlət layihəsi olacaq. “Yeni musavat” qəzeti əlavə edib ki, Bu səbəbdən hətta ölkə rəhbərliyinə öncə təkliflər verildi ki, dəyərli soydaşımız Əhməd Obalının ABŞ-dan (Amerika Birləşmiş Ştatları) yayım yapan “GünAz” TV-si dirçəldilsin; ona örtülü ödənəkdən ciddi yardım edilsin; kadr heyəti gücləndirilsin; yayımının “TürkSat”-a qaytarılması, yaxud da başqa Avropa peyk ötürücülərinə keçirilməsi təmin edilsin: “Lakin sonradan bu plandan da vaz keçildi. Səbəbi dəqiq bilinmir; ola bilər ki, Cənubi Azərbaycan diasporunun bir-birinə düşmən qruplara bölünməsi, ya da ”GünAz" TV-nin yayım yapdığı ölkənin-ABŞ-ın təpkisi, yaxud da Əhməd bəyin Azərbaycan müxalifəti ilə isti münasibətləri burada rol oynayıb. Bəlkə də Azərbaycan iqtidarı növbəti dəfə istəyib ki, pul verdiyi hər şey onun nəzarətində olsun. Əhməd Obalı isə bu cür çərçivələrə qarşıdır... “
Mənbəmiz deyir ki, bütün bunlardan sonra qərar verilib ki, yeni televiziyanın yayımı elə Azərbaycanın öz ərazisindən olsun və qətiyyən də gizlədilməsin ki, bu yayım İranın analoji (oxşar) addımına qarşıdır: “Bu, bir prosesdir. Azərbaycan iqtidarı İran rejimindən böyük təhlükə görür və bunu önləmək üçün hərəkətə keçib. İndiyə qədər bu istiqamətdə olan bütün təklifləri qulaqardına vuran iqtidar indi təcili olaraq İrana qarşı sərih cəbhə açmaq üçün bütöv azərbaycançı kadronu dünyada və Azərbaycanda bir yerə yığır... Yeni TV-yə isə bir vaxtlar Elçibəyin bu istiqamət üzrə yanında və xəttində olmuş tanınmışlardan birini qoymaq istəyirlər”. Bu şok bilgiləri paylaşan mənbəmizin özünə də bəlli deyil ki, yeni TV-nin başına konkret (açıq, müşəxxəs) olaraq kimi gətirəcəklər: “Amma bu, Cənubi Azərbaycan-İran mövzusunda can qoyan və tanınan simalardan biri olacaq”.
Qaynaq yeni TV-nin adının bir neçə variantı (seçənək) olduğunu da qeyd edir. Onun məlumatına görə, ölkə rəhbərliyi daha çox “Bütöv Azərbaycan” (“BA” TV) adına isti yanaşır: “Lakin tərəddüdlər də var. Bu ad mərhum Elçibəylə bağlıdır. Bu səbəbdən yeni televiziya bu cür adlandırılmaya da bilər... ”
Bəs belə bir TV-nin yayıma hazırlandığı, ölkəmizin iqtidarının belə bir strateji qərar ərəfəsində olduğu barədə Güney Azərbaycan missiyasının tanınmış simaları xəbərdar olunublarmı? Onların bəzilərindən bu mövzuda aldığımız rəylər bizi təəccübləndirdi. Belə məlum olur ki, bu mühüm proses o dərəcədə məxfi aparılır ki, ondan Güney missiyasının bütün kateqoriyadan olan simaları xəbərsizdirlər. Ya da onlara deyilib ki, bu barədə “xəbərsizəm” söyləsinlər. Məsələn, Güney Azərbaycan missiyasının ciddi təşkilatlarından olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı müxbirə deyib ki, bu barədə onda heç bir məlumat yoxdur. Sabir bəy deyir ki, dövlətin belə bir addım atacağı real görünmür: “Ancaq qeyri-hökumət təşkilatları bu istiqamətdə bir iş görə bilər”.
S.Rüstəmxanlı müxbirimizə onu da deyib ki, DAK-ın Bütöv Azərbaycan məsələsi ilə bağlı internet televiziyası açmaq fikri var: “Növbəti qurultayımız ərəfəsində belə bir addım atmaq niyyətindəyik. İnternet zamanında elə o kanal müəyyən fikirləri çatdırmağa bəs edir. Güneydə proseslər elə bir dövrə gəlib çatıb ki, ya rəsmi dairələr, ya bizim diaspora qurumları, ya da QHT-lər hansı yolla olursa-olsun, Güneylə mədəni, mənəvi, ideoloji, hətta siyasi iş aparmalıdır. İstənilən halda bu proseslər getməlidir. Yoxsa biz yenə də dünyada gedən oyunlarda hədəfə çevrilə bilərik. Belə olan təqdirdə isə təbii ki, öz problemlərimizi diktə edə bilmərik”...
Bütöv Azərbaycan Birliyinin sədr müavini Arzu Səmədbəyli də deyib ki, bu barədə heç bir məlumatı yoxdur. Lakin bizim qaynağımız, birbaşa aparılan məxfi işin içində olmasa da, mötəbərdir, bilgilidir və iddia edir ki, verdiyi məlumatlar bu ilin sonuna qədər reallaşacaq: “İqtidar 2012-ci ildə həddindən artıq çəkindiyi İran rejiminin informasiya müharibəsinə analoji cavab mexanizmini - ”Səhər" televiziyasına qarşı eyni mahiyyətli televiziyanı quracaq. İqtidar texnoloqları hesab edirlər ki, Azərbaycanın İranın daxilinə, onun cəmiyyətinə xitab etmək imkanları daha genişdir. “Bu, məsələdə haqlıdırlar. Elçibəyin xəttindən və missiyasından faydalanmağa çalışacaqlar... Orada 35 milyon azərbaycanlı yaşayır. Onlara xitab edəcək, İran rejimini və onun daxili siyasətini hədəfə alacaq bir yayın orqanı daha çox müvəffəqiyyət qazanar, nəinki əksinə, İrandan Azərbaycana xitab edənlər”.
Mənbəmiz deyir ki, bu məsələ İran-Azərbaycan münasibətlərini daha da gərginləşdirəcək: “Lakin əvəzində Azərbaycan iqtidarı ABŞ, İsrail və xüsusilə Türkiyəni arxasına almağı düşünür. İqtidara hansısa yollarla məlumat daxil olub ki, bu ilin ortalarından başlayaraq, İranı daha çox sıxacaqlar, başı özünə qarışacaq, hətta hərbi müdaxilə də ola bilər... ”
Mənbə onu da qeyd etdi ki, yeni TV ölkəmizin cənub istiqamətindəki rayonların birində fəaliyyət göstərən yerli televiziyanın bazası (payqahı) əsasında da qurula bilər.
Qaynaq: “Yeni müsavat” qəzeti
N.S
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Fidanla Əraqçı görüşüb
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib