SON XƏBƏRLƏR

Urmuda azərbaycanlıların torpaqları müsadirə olunur

2023.05.05, 16:16
Urmuda azərbaycanlıların torpaqları müsadirə olunur

Gunaz.tv

Əyalət mərkəzinə yaxın bölgədə yerləşən Qarahəsənli kəndinin sakinləri əkin və otlaq sahələrinin hökumət tərəfindən qanunsuz şəkildə ələ keçirildiyini bildiriblər.

Dövlət səviyyəsində baş verən quldurluqdan narazılıqlarını bildirən qarahəsənlilər etiraz aksiyası keçiriblər.

Onlar hökumət məmurlarının bu qanunsuz hərəkətləri və otlaq sahələrinin mənimsənilməsi səbəbindən heyvandarlıqla məşğul ola bilməyəcəklərini söyləyiblər.

Müxtəlif plakatlar qaldıran qarahəsənlilər bu qanunsuzluq qarşısında müqavimət göstərəcəklərini və canları bahasınada olmuş olsa hüquqlarını müdafiə edəcəklərini vurğulayıblar.

Qeyd edək ki, mərkəzi hakimiyyətin oxşar siyasətləri nəticəsində bölgə əhalisi işlərini itirir və məişət problemlərini həll etmək ümidi ilə başqa şəhərlərə, xüsusilə mərkəzi əyalətlərdəki şəhərlərə köçmək məcburiyyətində qalırlar.

Bu, bölgədə azərbaycanlıların başqa etnik və mühacir qruplar qarşısında cəmiyyət tərkibinin dəyişməsinə səbəb olur.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar